Modern.az

Putin sülh danışıqları aparmaq istəmir - Nazir

Putin sülh danışıqları aparmaq istəmir - Nazir

30 Mart 2024, 15:36

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynadakı müharibənin tezliklə bitəcəyinə ümid etmədiyini bildirib.

 

 Modern.az xəbər verir ki, bu barədə o, “Funke” media qrupuna müsahibəsində danışıb.

 

“Putinin müharibəsinin vəhşiliyinin həddi-hüdudu yoxdur", - nazir deyib.

 

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sülh danışıqları aparmaq istəmir.

 

“O, rasional arqumentlərdən və humanist dəyərlərindən uzaq olduğunu açıq şəkildə bildirir. Və o, mütləq danışıqlar aparmaq istəmir”, - Burbok bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?