Martın 24-dən 29-dək Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə topoqrafik qrupların növbəti görüşü baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan hökuməti məlumat yayıb.
Görüşün nəticəsində Qırğızıstan və Tacikistan daha 28,37 km mübahisəli ərazilər barədə razılığa gəliblər.
Tərəflər Qırğızıstanın cənubundakı Batken şəhərində görüşüblər. Tacikistan Respublikası ərazisində keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzərində işləməyə davam ediləcək.