Modern.az

Qazaxıstanda terror aktı planlaşdıran şəxs tutuldu

Qazaxıstanda terror aktı planlaşdıran şəxs tutuldu

1 Aprel 2024, 16:10

Qazaxıstanın Aktau şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, əməliyyatı ölkənin Milli Təhlükəsizlik Komitəsi keçirib.

 

Bildirilir ki, ondan partlayıcı üçün nəzərdə tutulan müxtəlif komponentlər və qadağan olunan digər əşyalar götürülüb.

 

Saxlanılan şəxsin əvvəllər məhkum edildiyi və radikal islamçı baxışlara malik olduğu açıqlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi qaldırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?