Gürcüstan ərazisindəki tanınmayan Abxaziya Respublikasının Müdafiə Nazirliyinə məxsus Mi-24 helikopteri Qulrıpş rayonuna yaranmış qəza şəraitində sərt eniş edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, məlumatı separatçı respublikanın fövqəladə hallar naziri Lev Kvitsiniya verib.
O, hadisə yerində olduğunu bildirib. Kvitsiniyanın sözlərinə görə, ekipaj üzvləri sağdır və xəstəxanaya çatdırılıblar.
Detallar açıqlanmayıb.