Modern.az

Putin KTMT-də erməni nümayəndəni işdən çıxardı

Putin KTMT-də erməni nümayəndəni işdən çıxardı

Dünya

9 Aprel 2024, 13:22

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) erməniəsilli nümayəndəsi Mikayel Ağasandyan vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı Rusiya Prezidenti Vladimir Putin verib.

 

Putin erməni nümayəndəni Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyevlə əvəz edib.

 

Qeyd edək ki, Ermənistan hökuməti KTMT-də fəaliyyətini dondurduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...