Modern.az

Gürcüstan tibb müəssisələrinin əsas problemləri - HESABAT

Gürcüstan tibb müəssisələrinin əsas problemləri - HESABAT

24 Aprel 2024, 16:54

Gürcüstanda tibb müəssisələrində aparılan yoxlama hansı problemləri üzə çıxarıb?

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ekspertlərlə birlikdə 2023-cü ildə müxtəlif bölgələrdə 9 tibb müəssisəsinə baxış keçirilib.

 

Bunun əsasında hazırlanan hesabatın əsas məqamları aşağıdakılardır:

 

- Klinikaların heç biri sistematik şəkildə nəzarət edilən əl gigiyenası təcrübələrini nəzərdən keçirməyib.

 

- 5 xəstəxanada ventilyasiya sistemləri yüksək və çox yüksək riskli ərazilərdə işləmir ki, bu da hava-damcı yoluxma riskini artırır.

 

- 5 tibb müəssisəsində alətlərin sterilizasiyasının kobud şəkildə pozulması halları aşkar edilib, tibbi paltarların yuyulması, saxlanması və istifadəsi tələblərinə əməl olunmayıb.

 

- 4 klinikada tibb infrastrukturu zədələnib və tullantıların idarə olunması prosesinin pozulması qeydə alınıb.

 

- Əksər xəstəxanalarda təlim modulları və proqramları konkret tibb müəssisəsinin ehtiyaclarını nəzərə almır və səthi və formal xarakter daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?