Modern.az

Baş nazir istefa verdi

Baş nazir istefa verdi

Dünya

29 Aprel 2024, 15:16

Şotlandiyanın Baş naziri Humza Yousaf istefa verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Humza Yousaf Şotlandiya Yaşılları ilə koalisiya razılaşmasını ləğv etdiyi bir həftəlik xaosdan sonra müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri vəzifəsindən istefa verib.

 

O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib.

 

Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da vəzifəyə gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...