Modern.az

İsrail \"Əl-Cəzirə\"ni qadağan etdi

İsrail \

5 May 2024, 19:16

İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının ölkə ərazisində fəaliyyətini qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin baş nazir Benyamin Netanyahu “X” hesabında məlumat yayıb.

 

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, - o qeyd edib.

 

Xatırladaq ki, İsrail Knesseti (parlamenti) bir müddət əvvəl ikinci və üçüncü yekun oxunuşlarda ölkədə “düşmən mediasının” bağlanmasına icazə verən qanunu təsdiqləyib.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...