Modern.az

Polis \"Eurovision\"dakı insidenti ARAŞDIRIR

Polis \

11 May 2024, 19:20

İsveç polisi bu günlərdə “Eurovision-2024” beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi Malmö arenasında baş verən insidentlə bağlı qanunsuz təhdid faktları üzrə ilkin araşdırmaya başlayıb.

 

Modern.az xəbər verir ki, mayın 10-da Avropa Yayım İttifaqı (EBU) niderlandlı artıst Yost Klyaynın iştirakı ilə insidenti araşdırdığını elan edib. Ehtimal olunan cinayət Malmö arenasında mayın 9-da baş verib. “Kulturnyheterna”nın məlumatına görə, söhbət Klyaynla fotoqrafın fiziki qarşıdurmasından gedir.

 

Bununla yanaşı, başlanan ilkin təhqiqatın niderlandlı artistə aid olub-olmaması ilə bağlı polisdə şərh vermək istəmirlər.

 

“Biz qanunsuz təhdidlər barədə protokol tərtib etdik. “Eurovision”un əməkdaşı olan şikayətçimiz də var, şübhəlimiz də var”, - deyə polis təmsilçisi Evelina Olsson bildirib.

 

Polisin mətbuat katibi Rikard Lundkvistin sözlərinə görə, onlar baş verən hadisəyə aidiyyəti olanları sorğu-sual ediblər. Şübhəli şəxs də sorğu-sual olunub, lakin saxlanılmayıb. İstintaq baxılması üçün prokurora ötürülüb.

 

Bundan əvvəl EBU “Eurovision-2024” mahnı müsabiqəsinin finalının cümə məşqinə gəlməyən niderlandlı artist Yost Klyaynla bağlı insidenti araşdırır. Təşkilatçılar məsələni şərh etməyərək növbəti iştirakçıya keçiblər. Sonradan EBU-nun rəsmi bəyanatında bu sözlər yer alıb: “Hazırda biz Niderlanddan olan artistin iştirakı ilə baş verən insident barədə alınan məlumatı araşdırırıq”.

 

“EBU ilə Niderlandın “AVROTROS” televiziya şirkəti arasında hazırda danışıqlar aparılır. İstintaq davam etdiyindən EBU-nun qərarı ilə Yost Klyayn finaldan kənarlaşdırılıb”, - deyə EBU-da bildiriblər.

 

İnsident, həmçinin ona gətirib çıxarıb ki, müsabiqədə iştirak etməyən ölkələr üçün ilkin səsvermə fürsəti cari təhqiqat başa çatanadək təxirə salınıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat