Modern.az

Varşavada ticarət mərkəzində YANĞIN

Varşavada ticarət mərkəzində YANĞIN

12 May 2024, 11:54

Varşavada böyük ticarət mərkəzində yanğın olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ticarət mərkəzi demək olar tam yanıb.

 

Marıvilsk küçəsindəki ticarət mərkəzində yanğının söndürülməsinə bir neçə yanğınsöndürən dəstəsi və kimyəvi-ekoloji qrup cəlb olunub. Yanğının lokallaşdırılması bir neçə saat davam edib.

 

Yanğının səbəbi və xəsarət alanlar barədə hələ məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat