Modern.az

Donuz böyrəyi köçürülən kişi öldü

Donuz böyrəyi köçürülən kişi öldü

13 May 2024, 00:50

Dünyada ilk dəfə geni dəyişdirilmiş donuz böyrəyi köçürülən kişi 62 yaşlı Rik Sleyman vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Massaçusets xəstəxanası məlumat yayıb.

 

Onun ölümü böyrək transplantasiyadan təxminən iki ay sonra baş verib.

 

Tibb müəssisəsi xəstənin əməliyyat nəticəsində öldüyünə dair heç bir əlamət görmədiklərini bildirib.

 

Həkimlər ona son mərhələdə böyrək çatışmazlığı diaqnozu qoyublar.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır