Modern.az

Vuçiç Zelenskinin xanımı ilə görüşəcək

Vuçiç Zelenskinin xanımı ilə görüşəcək

13 May 2024, 21:41

Serbiya prezidenti Aleksandr Vuçiç Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Serbiya prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Görüşün Belqraddakı Baş Katibliyin binasında keçirilməsi planlaşdırılır.

 

Açıqlamada görüşün mövzusu barədə məlumat verilməyib.

 

Qeyd edək ki, mayın 13-də Zelenskaya, xarici işlər naziri Dmitri Kuleba və səfir Vladimir Tolkaçdan ibarət Ukrayna nümayəndə heyəti Serbiyaya gedib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat