Türkiyənin xarici işləri naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsi müzakirə olunub.
Onlar, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
17:49
Türkiyə XİN başçısı Hakan Fidan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, ikitərəfli və regional məsələlər müzakirə olunub.