Modern.az

Harris namizədlik üçün yetərli səs toplayıb 

Harris namizədlik üçün yetərli səs toplayıb 

Dünya

2 Avqust 2024, 22:20

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident olmaq üçün onlayn seçkidə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən yetərli sayda səs toplaya bilib.

 

Modern.az xəbər verir ki, bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.

 

"Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harrisin bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq", - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?