Modern.az

Gürcüstanın benzin aldığı ÖLKƏLƏR

Gürcüstanın benzin aldığı ÖLKƏLƏR

Dünya

3 Avqust 2024, 09:46

Rusiya Gürcüstanın əsas yanacaq tədarükçüsü kimi mövqeyini qoruyur.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarısında Gürcüstan Rusiya Federasiyasından 327,2 min ton benzin və dizel yanacağı idxal edib.

 

Bu da ümumi idxalın 52,8%-ni təşkil edir.

 

Ümumilikdə 620,2 min ton avtomobil benzini və dizel yanacağı idxal olunub ki, bu, ötən illə müqayisədə 11,9% çoxdur.

 

Rusiyadan başqa, Bolqarıstandan 84,7 min ton, Rumıniyadan 68,3 min ton, Azərbaycandan 56,4 min ton, Belarusdan 33,2 min ton və s. yanacaq idxal edilib.

Sizə yeni x var
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir