Modern.az

Putin və Durov Bakıda görüşməyib - Kreml

Putin və Durov Bakıda görüşməyib - Kreml

Dünya

26 Avqust 2024, 13:47

"Moskva və Kiyev arasında Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmaq üçün heç bir məxfi danışıqlar aparılmayıb".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

Peskov Rusiya prezidenti Vladimir Putinin "Telegram"ın sahibi Pavel Durovla Bakıda görüşmədiyini deyib.

 

Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarının mövzusu “demək olar ki, aktuallığını itirib”.

 

Peskov bildirib ki, Putin telefonla Tokayevlə enerji əməkdaşlığını müzakirə edib. O, Kursk AES-ə səfəri halında AEBA sədir Rafel Qrossi ilə əlaqələri planlaşdırmır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?