Modern.az

Zelenski Kulebanın yerinə nazir postuna onu TƏKLİF ETDİ

Zelenski Kulebanın yerinə nazir postuna onu TƏKLİF ETDİ

Dünya

5 Sentyabr 2024, 14:28

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi ilə bağlı qərar layihəsi təqdim edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bundan əvvəl nazirin birinci müavini işləyib.

 

Sibiqa bir neçə il Ukrayna Prezident Ofisi rəhbərinin müavini də olub. Andrey Sibiqanın 49 yaşı var və 1997-ci ildən diplomatik vəzifələrdə, o cümlədən Ukraynanın Polşadakı səfirliyində çalışıb.

 

2016-2021-ci illərdə Türkiyədə səfir olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?