Modern.az

Nyu-Yorkun polis komissarının evində AXTARIŞ

Nyu-Yorkun polis komissarının evində AXTARIŞ

22 Sentyabr 2024, 17:47

Bir həftə əvvəl Nyu-York şəhərinin polis komissarı vəzifəsinə təyin edilən Tomas Donlonun evində axtarış aparılıb.

 

Modern.az xəbər verir ki, Donlon özü bu məlumatı “CBS News”a təsdiqləyib.

 

“Federal səlahiyyətlilər evlərimdə axtarış aparılması barədə qərar əldə ediblər. Təxminən 20 il əvvəl mənim əlimə keçən və Nyu-York Polis Departamentindəki işimlə bağlı olmayan materialları müsadirə ediblər”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, Donlon FTB-nin Milli Təhdid Mərkəzinə, eləcə də Nyu-York şəhərinin Daxili Təhlükəsizlik Departamentinə rəhbərlik edib. O, 1993-cü ildə Dünya Ticarət Mərkəzinə və 1998-ci ildə Amerikanın Afrikadakı səfirliklərinə edilən terror hücumlarının araşdırılmasında iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat