Modern.az

Matvienko yenidən sədr seçildi

Matvienko yenidən sədr seçildi

25 Sentyabr 2024, 11:36

Valentina Matvienko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Federasiya Şurası bu gün keçirilən plenar iclasda Matvienkonu yekdilliklə parlamentin yuxarı palatasının sədri seçib.

 

Bununla da, 75 yaşlı Matvienko 4-cü dəfə Federasiya Şurasına sədrlik edəcək. Belə ki, o bu vəzifəni 2011-ci ildən icra edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat