Modern.az

3 ölkənin birgə təlimi başa çatdı

3 ölkənin birgə təlimi başa çatdı

Dünya

28 Sentyabr 2024, 20:44

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.

 

Modern.az xəbər verir ki, hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.

 

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin olunması məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat