Modern.az

İsrail bu gecə güclü zərbələr endirəcək

İsrail bu gecə güclü zərbələr endirəcək

1 Oktyabr 2024, 23:32

İsrail yaxın saatlarda bütün Yaxın Şərqdə güclü zərbələr endirməyə davam edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həqari İranın iri raket hücumundan sonra bildirib.

 

“İsrail Hərbi Hava Qüvvələri tam gücü ilə fəaliyyətini davam etdirir və son bir ildə olduğu kimi, bu gecə də Yaxın Şərqdə güclü hücuma davam edəcək", - o qeyd edib.

 

Həqarinin sözlərinə görə, İranın hücumunu dəf etmək üçün İsrail və ABŞ-ın hava hücumundan müdafiə sistemləri effektiv işləyib.

 

Qeyd edək ki, İrandan İsrailə 500-ə yaxın raket atılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat