Modern.az

İrəvanda Paşinyanın əleyhinə mitinq - VİDEO

İrəvanda Paşinyanın əleyhinə mitinq - VİDEO

Dünya

2 Oktyabr 2024, 21:15

İrəvanın Respublika meydanında Ermənistan Baş nazir Nikol Paşinyanın əleyhinə mitinq keçirilib. 

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, mitinqə qiyamçı keşiş Baqrat Qalstanyan rəhbərlik edib. 

 

Onun liderlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının tərəfdarları Paşinyanın əleyhinə şüarlar səsləndiriblər.

 

Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb.

 

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı