Modern.az

Avtobus dərəyə aşdı - Azı 7 ölü

Avtobus dərəyə aşdı - Azı 7 ölü

6 Oktyabr 2024, 09:35

Əfqanıstanın şərqində dağlıq Nuristan əyalətində ağır yol qəzasında azı 7 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyinə əyalət polisinin nümayəndəsi Qulam Rəhman Haydari bildirib.

 

Onun sözlərinə görə, hadisə Doab ərazisində baş verib. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, daha sonra avtomobil yoldan çıxaraq dərəyə aşıb.

 

Hadisə nəticəsində qadın və uşaqlar da daxil olmaqla 7 nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat