Modern.az

Türkiyənin tanınmış siyasi xadimi vəfat etdi

Türkiyənin tanınmış siyasi xadimi vəfat etdi

Dünya

7 Oktyabr 2024, 12:58

Türkiyənin Səadət Partiyasının qurucularından olan Recai Kutan 94 yaşında vəfat edib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Səadət Partiyasının rəsmi “X” hesabında bildirilib.

Recai Kutan 1977-ci ildə deputat seçilib, koalisiya hökumətində nazir postu tutub. O, Türkiyədə 1980-ci il 12 sentyabr dövlət çevrilişindən sonra həbs olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat