Modern.az

Rusiya hərbçiləri Ermənistan sərhədindən ÇIXARILIR

Rusiya hərbçiləri Ermənistan sərhədindən ÇIXARILIR

Dünya

8 Oktyabr 2024, 18:35

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmətini dayandıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

 

O qeyd edib ki, bu barədə razılıq Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.

 

Qeyd olunub ki, sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri dayanacaq.

 

Razılığa əsasən, Ermənistan-Türkiyə sərhədində isə Rusiya ilə yanaşı Ermənistan sərhədçiləri də dayanacaq.

 

Xatırladaq ki, Rusiya sərhədçiləri bu ilin iyul ayında İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat