Modern.az

İstanbul sazişləri əsas ola bilər - LAVROV

İstanbul sazişləri əsas ola bilər - LAVROV

Dünya

8 Oktyabr 2024, 20:25

Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən 29 mart 2022-ci ildə paraflanmış İstanbul sazişləri münaqişənin nizamlanması üçün əsas ola bilər.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın “Newsweek” jurnalına müsahibəsində deyib.

 

O bildirib ki, İstanbul sazişləri Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsini və Ukrayna üçün təhlükəsizlik təminatlarını ehtiva edir, eyni zamanda o an reallıqlardan ibarətdir.

 

"Söz yox ki, iki ildən artıq müddətdə bu reallıqlar xeyli dəyişib", - Lavrov bildirib.

 

Nazirin sözlərinə görə, Zelsnski 2022-ci il martın sonlarında İstanbulda paraflanan sənədi Böyük Britaniyanın o vaxtkı baş nazirinin təkidi ilə imzalamayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat