Modern.az

"Hizbullah"ın iki komandiri öldürülüb

"Hizbullah"ın iki komandiri öldürülüb

10 Oktyabr 2024, 12:36

Livanın cənubunda "Hizbullah"ın iki komandiri öldürülüb. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Hula bölgəsində İsrailin Kiryat Şmona istiqamətində yüzlərlə zenit raketinin buraxılmasına cavabdeh olan “Hizbullah”ın komandiri Əhməd Mustafa əl-Hac Əlini öldürüb. 

Digər hücum zamanı Mays Cəbəl rayonunun raket idarəsinin komandiri Məhəmməd Əli Həmdanın da öldürüldüyü bildirilir. O, İsrailin şimal yaşayış məntəqələrinə bir çox tank əleyhinə raket hücumlarına rəhbərlik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat