Modern.az

HƏMAS İsrailə şərt qoydu

HƏMAS İsrailə şərt qoydu

18 Oktyabr 2024, 16:40

Fələstinin Həmas hərəkatı İsrail qüvvələri blokadada olan Qəzza zolağından çəkilməyənə qədər saxladığı girovları azad etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın lideri Yəhya Sinvarın vəfatı ilə bağlı  "Telegram" kanalında dərc olunmuş nekroloqda deyilir.

“Biz  bəyan edirik ki, müqavimət birləşmələri tərəfindən saxlanılan girovlar İsrailin Qəzza zolağına təcavüzü dayandırılmayana, İsrail qoşunları anklavdan çıxarılana qədər evlərinə qayıtmayacaqlar”,- nekroloqda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə