Modern.az

Norveçdə qatar relsdən çıxdı

Norveçdə qatar relsdən çıxdı

24 Oktyabr 2024, 19:39

Norveçin şimalında "Arctic Circle Express" sərnişin qatarı relsdən çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalı məlumat yayıb.

 

Polis qatarda 90 sərnişinin olduğunu bildirib. Onların arasında bir neçə yaralı var, həyatları təhlükədə deyil.

 

Hüquq-mühafizə orqanının əməkdaşı TV2-yə bildirib ki, bütün sərnişinlər təxliyə edilib.

 

Qəzanın səbəbləri barədə məlumat yoxdur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə