Modern.az

Tramp generala vəzifə verdi

Tramp generala vəzifə verdi

28 Noyabr 2024, 08:17

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp general-leytenant Keyt Kelloqu Ukraynadakı münaqişənin həlli üzrə xüsusi nümayəndə təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 

Trampın prezidentliyi dövründə 2017-2021-ci illərdə Ağ Ev Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri və o zamankı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olmuş Kelloqun münaqişənin həll edilməsində əsas rol oynayacağı bildirilir.

 

Hazırda Ukrayna müharibəsi üzrə xüsusi nümayəndə olmasa da, Tramp özəl olaraq bu vəzifənin yaradılmasında maraqlı olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi