Modern.az

Aİ və Avropa Şurası rəsmiləri Kiyevdədir

Aİ və Avropa Şurası rəsmiləri Kiyevdədir

1 Dekabr 2024, 17:25

Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos yeni vəzifədə ilk dəfə Ukraynaya səfər ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Kallas və Kostanın “X” sosial şəbəkəsindəki rəsmi hesablarında bildirilir.

 

“Deutsche Welle”nin məlumatına görə, onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

 

"Vəzifəyə gəldikdən sonra ilk səfərimdə ismarışım budur: Aİ Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir", - Kalas yazıb.

 

Xatırladaq ki, noyabrın 27-də Avropa Parlamenti bu gün rəsmi olaraq işə başlayan Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə