Modern.az

HƏMAS-ın daha bir komandiri öldürüldü

HƏMAS-ın daha bir komandiri öldürüldü

6 Dekabr 2024, 20:37

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın daha bir komandirini öldürüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

HƏMAS hərəkatının Qəzza zolağında hava hücumundan müdafiə qüvvələrinin komandiri Nidal Əl-Nəccarın məhv edildiyi açıqlanıb.

 

Mətbuat xidməti qeyd edib ki, Əl-Nəccar müharibə boyu İsrail Dövlətinə və İsrail Müdafiə Qüvvələrinə partlayıcılarla dolu pilotsuz uçuş aparatlarının köməyi ilə hücum edənlərdən biri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə