Modern.az

5.7 bal gücündə ZƏLZƏLƏ

5.7 bal gücündə ZƏLZƏLƏ

6 Dekabr 2024, 23:52

İndoneziya sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən 306 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə olub.

 

İtkilər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı