Modern.az

ABŞ-dən Ukraynaya 1 milyard dollarlıq yeni YARDIM

ABŞ-dən Ukraynaya 1 milyard dollarlıq yeni YARDIM

Dünya

8 Dekabr 2024, 09:06

Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edib.

 

Modern.az xəbər verir ki, vəsait Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb.

 

Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə