Modern.az

Mədən uçqunu: 35 fəhlə uçqun altında qaldı 

Mədən uçqunu: 35 fəhlə uçqun altında qaldı 

15 Dekabr 2024, 16:37

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

 

Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

 

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə