Modern.az

Lavrovdan Gürcüstan AÇIQLAMASI

Lavrovdan Gürcüstan AÇIQLAMASI

Dünya

30 Dekabr 2024, 10:38

Moskva Gürcüstanın hazır olduğu təqdirdə Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırdır.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

“Biz Rusiya-Gürcüstan münasibətlərini Tbilisinin buna hazır olduğu dərəcədə normallaşdırmaq əzmindəyik”, - o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Moskva Gürcüstanın daxili işlərinə qarışmaq fikrində deyil.

2008-ci il sentyabrın 2-də Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması səbəbindən Rusiya ilə diplomatik əlaqələri kəsib. Diplomatik əlaqələrin kəsilməsi ilə Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyası ilə konsulluq əlaqələrini davam etdirəcəyini açıqlayıb. 2009-cu ilin mart ayından etibarən Tbilisidə İsveçrə səfirliyində Rusiyanın diplomatik və texniki personalından ibarət Rusiya Federasiyasının maraqları bölməsi fəaliyyət göstərir. Moskvada, həmçinin İsveçrə səfirliyində gürcü maraqları bölməsi yaradılıb.

Sizə yeni x var
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?