Modern.az

ABŞ-də spiker dəyişmədi

ABŞ-də spiker dəyişmədi

4 Yanvar 2025, 00:37

Respublikaçılar Partiyasının təmsilçisi Mayk Conson ilkin səsvermədə yenidən Nümayəndələr Palatasının spikeri seçilib.

 

Modern.az-ın məlumatına görə, partiya nümayəndələrindən 3-ü onun əleyhinə səs versələr də, son anda M.Consonu dəstəkləmək üçün səsələrini dəyişiblər. O, 218 səslə qalib gəlib. Ümumilikdə Nümayəndələr Palatası 435 təmsilçidən ibarətdir.

 

Conson son 100 ildə Nümayəndələr Palatasında ən az səslə qalib gələnlərdən olub. Bu isə onun Konqresdə bəzi çətinliklərlə üzləşəcəyi ehtimallarını artırır. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp da Mayk Consonun namizədliyini dəstəkləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə