Modern.az

Husilər ABŞ-nin təyyarə gəmisini atəşə tutub

Husilər ABŞ-nin təyyarə gəmisini atəşə tutub

Dünya

19 Yanvar 2025, 11:57

Yəməndə İranın dəstəklədiyi husilər bir ay ərzində 8-ci dəfə Qırmızı dənizdə ABŞ-ın "USS Harry S. Truman" təyyarədaşıyan gəmisini atəşə tutduqlarını açıqlayıblar.

 

Modern.az xəbər verir ki, bu haqda husi ordusunun sözçüsü Yəhya Səria açıqlama verib.

 

"ABŞ təyyarədaşıyan “USS Harry S. Truman” və onu müşayiət edən bəzi döyüş gəmiləri Qırmızı dənizin şimalında bir sıra qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutulub", - deyə o bildirib.

 

Səria hədəflərə uğurla atəş açıldığını və hücuma görə gəminin əməliyyat bölgəsini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi