Modern.az

İsmail Kartalın yeni klubu məlum oldu

İsmail Kartalın yeni klubu məlum oldu

Dünya

25 Yanvar 2025, 08:37

Türkiyənin “Fənərbağça” komandasının sabiq baş məşqçisi İsmail Kartalın yeni iş yeri bəlli olub.

 

Modern.az xəbər verir ki, 63 yaşlı mütəxəssis İran təmsilçisi “Persepolis” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Onunla 18 aylıq müqavilə imzalandığı bildirilib.

 

Qeyd edək ki, “Persepolis” hazırda İran çempionatında 30 xalla dördüncü pillədə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi