Modern.az

Ankaraya Türkiyə təyyarəsi ilə gəlibmiş

Ankaraya Türkiyə təyyarəsi ilə gəlibmiş

5 Fevral 2025, 08:47

Suriya Prezidenti Əhməd əl-Şaraa ötən gün Ankaraya Türkiyəyə məxsus təyyarə ilə səfər edib.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, təyyarə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hökuməti tərəfindən göndərilib.

Ərdoğan Suriya lideri və nümayəndə heyətinin Ankaraya gəlməsi üçün prezident təyyarələrindən birini ayırıb.

Bu addım Suriyanın yeni prezidentinə jest kimi atılıb 

Qeyd edək ki, Suriya Prezidenti və xanımı ötən gün Türkiyədə olub və Ərdoğanla görüşüb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi