Modern.az

Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb

Ermənilərin 300-dən çox yük maşını sərhəddə qalıb

8 Fevral 2025, 16:38

“Yuxarı Lars” keçid məntəqəsində 300-dən çox erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda keçid məntəqəsində növbədə müxtəlif ölkələrdən 1000 yük maşını qeydiyyatdadır.

Larsdan keçən yol fevralın 7-də axşam saatlarında bağlanıb.

Xatırladaq ki, Gürcüstandan keçən bu yol Ermənistanı Rusiya ilə birləşdirən (Gürcüstan ərazisindən keçən) yeganə quru yoludur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi