Modern.az

İsrail Qəzzanı vurdu - 3 HAMAS üzvü öldü

İsrail Qəzzanı vurdu - 3 HAMAS üzvü öldü

Dünya

16 Fevral 2025, 15:51

İsrail Ordusu Qəzzanın cənubunda israil hərbçilərinə yaxınlaşan bir qrup silahlıya pilotsuz uçuş aparatından (PUA) zərbə endirib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

Fələstin mediası PUA zərbəsi nəticəsində 3 HAMAS üzvünün öldüyü barədə məlumat yayıb.

 

İsrail Müdafiə Nazirliyi fələstinliləri bir daha israilli hərbçilərin olduğu rayonlara yaxınlaşmamağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi