Modern.az

Abdulla Öcalanın illər sonra İLK FOTOSU

Abdulla Öcalanın illər sonra İLK FOTOSU

27 Fevral 2025, 18:06

Türkiyə parlamentində təmsil olunan DEM Partiyasının nümayəndələri bu gün PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşüblər. Bununla da onlar üçüncü dəfə Öcalanın saxlanıldığı İmralı adasına gediblər.  

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, DEM Partiyasının nümayəndələri illər sonra Öcalanın yeni fotosunu da paylaşıblar. 

Öcalanla görüşdə DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan, DEM Partiyası Van millət vəkili Pervin Buldan və İstanbul millət vəkili Sırrı Süreyya Öndər, Mardin Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əhməd Türk iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi