Modern.az

Dəmir yumruq hazırdır - Ərdoğandan XƏBƏRDARLIQ

Dəmir yumruq hazırdır - Ərdoğandan XƏBƏRDARLIQ

1 Mart 2025, 22:59

Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.

 

O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: “Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.

 

Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək. Dəmir yumruq həmişə hazırdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi