Modern.az

Makrondan Ukraynaya böyük yardım ANONSU

Makrondan Ukraynaya böyük yardım ANONSU

2 Mart 2025, 10:15

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər.

 

Modern.az xəbər verir ki, o, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib.

 

Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib.

 

Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər.

 

“Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, - Makron deyib.

O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi