Modern.az

ABŞ yenidən hücuma keçdi

ABŞ yenidən hücuma keçdi

17 Mart 2025, 23:22

ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının nəzarətində olan Hodeyda vilayətinin ərazisinə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

 

Hücum vilayətin mərkəzinə yaxın, Qırmızı dənizin sahilində yerləşən əl-Arc bölgəsində həyata keçirilib.

 

“Al Hadath” telekanalının məlumatına görə, ABŞ-nin zərbələrinin hədəfi husilərin yerləşdirildiyi məntəqələr olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi