Modern.az

Avropada terror olacaq - Mask

Avropada terror olacaq - Mask

Dünya

6 Aprel 2025, 00:28

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu haqda "Corriere della Sera" qəzeti məlumat yayıb.

 

"Terror Avropada qırğınlara səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik. Media bu cür hücumlar təhlükəsini susdurmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu tendensiyadır", - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə