Modern.az

Lavrov Türkiyəyə gedir

Lavrov Türkiyəyə gedir

Dünya

9 Aprel 2025, 12:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə səfər edəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Rusiyanın xarici işlər naziri Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə 4-cü Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə səfər edəcək", - Zaxarova qeyd edib.

O bildirib ki, Lavrovun forumda çıxışı və xarici həmkarları ilə ikitərəfli danışıqlar aparması planlaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Antalyada keçiriləcək forumda beynəlxalq gündəlikdəki əsas məsələlərin, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Qafqaz və Qara dənizdəki mövcud vəziyyətin, eləcə də müxtəlif ölkələrlə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə