Modern.az

Makron Zelenski ilə Ukraynanı müzakirə etdi

Makron Zelenski ilə Ukraynanı müzakirə etdi

Dünya

26 Aprel 2025, 16:48

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ Prezidenti Donald Trampla söhbətdən sonra Fransa lideri Emmanuel Makronla müzakirələr aparıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Bildirilib ki, V.Zelenski Makronla Ukraynada sülh prosesini müzakirə edib.

"Volodimir Zelenski və Emmanuel Makron təkbətək görüşürlər. Onlar gələcək sülh səylərini müzakirə edirlər", - paylaşımda qeyd edilib.

XİN başçısı görüşün təfərrüatlarını açıqlamayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə