Modern.az

Ərdoğan Bağçalını evində ziyarət etdi 

Ərdoğan Bağçalını evində ziyarət etdi 

Dünya

6 May 2025, 23:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalıya baş çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat yayıb.

 

Görüş Dövlət Bağçalının Ankaradakı evində baş tutub. Bağçalı Ərdoğanı evinin qarşısında şəxsən qarşılayıb. Birlikdə media nümayəndələri üçün şəkil çəkdirdikdən sonra onlar içəri giriblər.

 

Görüşdən əvvəl Bağçalı evinin qarşısında gözləyən jurnalistlər və əraziyə nəzarət edən polis əməkdaşları ilə də söhbət edib və onlarla xatirə fotosu çəkdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə